Xəbərlər

Lerik meşələrində ağacların qanunsuz kəsilməsi faktları aşkar edilib
25 aprel, 2013 22:07

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Lerik meşələrinin qırılması və Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) ərazisində qanun pozuntularının olması ilə bağlı daxil olmuş şikayətləri araşdırıb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Lənkəran şəhər sakini Zöhrab Əliyev və Lerik rayonunun Vov kənd sakini Mais Babayevin Lerik meşələrinin qırılması və Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qanun pozuntularının olması ilə bağlı Azərbaycan Prezidenti Administrasiyasına yazdıqları eyni məzmunlu şikayət ərizələri aidiyyəti üzrə ETSN-ə göndərildikdən sonra dərhal araşdırmalara başlanılıb.

Nazirliyin Meşələrin İnkişafı Departamentinin əməkdaşları tərəfindən göstərilən ərazilərdə aparılacaq yoxlamalarda iştirak etmələri üçün şikayətçilərə müraciət olunsa da, onlar şikayətlərinin əsassız olmasını səbəb gətirərək bundan imtina ediblər.

Lənkəran sakini Zöhrab Əliyev 83 yaşı olduğunu, Lerik meşə müəssisəsində 60 il müxtəlif vəzifələrdə işlədiyini, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinə əsasən xitam verildiyini, bundan sonra dəfələrlə müəssisəyə gələrək onu işə bərpa etmələrini tələb etdiyini və yenidən işə götürülmədiyindən əsəbiləşərək şikayət ərizəsi yazdığını bildirib. Araşdırma zamanı digər şikayətçi Mais Babayev isə yazılı izahat verərək onun hər hansı şikayət ərizəsi yazmadığını bildirib və buna görə də ərizədən imtina edib.

Şikayətlərin şəxsi qərəzlilik səbəbindən yazılmasına baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin əməkdaşları məktublarda göstərilən Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə dolaylarında yoxlamalar aparıb, meşələrin qorunub mühafizə olunması vəziyyətini araşdırıblar.

Araşdırma zamanı Razvandoband meşəbəyliyinin 19 saylı meşə dolayında 131,35 manat köküstə nırx dəyərində 30,03 m3 həcmində, 20 saylı meşə dolayında 128,40 manat köküstə nırx dəyərində 29,73 m3 həcmində, 23 saylı meşə dolayında 102,60 manat köküstə nırx dəyərində 24,02 m3 həcmində müxtəlif cins və diametrdə olan ağacların qanunsuz kəsilməsi faktları aşkar edilib.

Aşkar olunmuş faktlarla bağlı nazirliyin əməkdaşları tərəfindən müvafiq sənədlər tərtib olunub, aktlar yazılaraq meşə fonduna dəymiş ziyanın təqsirkar meşə gözətçiləri tərəfindən ödənilməsi təmin edilib. Müraciətdə göstərilən digər məlumatlar isə araşdırma zamanı öz təsdiqini tapmayıb.

Qeyd olunan ərazilərdə meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Lerik MMBM-in rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.