Xəbərlər

Əli Əhmədov: Prezident seçkilərinin keçiriləcəyi 2013-cü il ölkəmizin siyasi həyatında böyük əhəmiyyətə malikdir
25 aprel, 2013 13:35

 

Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı YAP Səbail rayon təşkilatının ərazisindəki ilk təşkilatların sədrləri ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Əhmədov seçkilər ili olan 2013-cü ildə partiyanın yerli strukturlarının fəalları ilə mütəmadi görüşlərin təşkil olunduğunu vurğulayıb. Onun sözlərinə görə, artıq 20-dək belə görüş keçirilib.

"Prezident seçkilərinin keçiriləcəyi 2013-cü il ölkəmizin siyasi həyatında böyük əhəmiyyətə malikdir. Bu səbəbdən Yeni Azərbaycan Partiyasının bütün üzvlərinin, təşkilatlarının fəallığının təmin edilməsinə diqqət ayrılmalıdır", - Əhmədov deyib.

YAP sədrinin müavini partiyanın ötən illər ərzində böyük seçki təcrübəsi topladığını qeyd edərək vurğulayıb ki, bu amil 2013-cü il seçkilərində də uğur qazanılacağına böyük zəmin yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə dinamik inkişafın əldə olunduğunu deyən Əhmədov bu inkişafın bundan sonra da davam edəcəyinə inamını vurğulayıb.

"Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı olan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib, regionda söz sahibinə çevrilib", - Əhmədov deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.