Xəbərlər

"Azərsu" 13 minə yaxın smart-kart sayğac quraşdırıb
25 aprel, 2013 14:33

 

2013-cü ilin yanvar-mart aylarında 10 764-ü əhali və 2232-si qeyri əhali qrupu abunəçisi olmaqla ümumilikdə 12 996 smart-kart sayğacın quraşdırılması təmin edilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumiyyətlə, 2012-ci ilin may ayından bu günədək 37 minə qədər ön ödənişli sayğac quraşdırılıb. Smart-kart sayğacların quraşdırılmasına ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron sukanal idarə və departamentlərinin xidmət göstərdiyi ərazilərdə başlanıb, daha sonra regionlarda həyata keçirilib.

Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində Quba və Zərdab şəhərlərində 7 minə qədər smart-kart sayğac quraşdırılıb. Yeni layihələrin icrası ilə əlaqədar yaxın vaxtlarda Göyçay, İmişli, Şamaxı, Oğuz, Zaqatala, Hacıqabul və digər şəhərlərin də abunəçiləri smart-kart sayğaclarla təmin olunacaqlar.

1 aprel 2013-cü il tarixə "Azərsu" ASC-nin ölkə üzrə xidmət göstərdiyi 1 milyon 155 min abunəçinin 553 mindən çoxu mexaniki və smart-kart sayğaclarla təmin olunub ki, bununla da sayğaclaşma səviyyəsi 48 faizi keçib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.