Xəbərlər

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
25 aprel, 2013 16:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.

Ekmələddin İhsanoğlu ölkəmizə hər gəlişi zamanı böyük inkişaf prosesinin şahidi olduğunu dedi. O, Azərbaycanın təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirdi. Baş katib təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın rolunu xüsusi qeyd etdi.

Azərbaycanda gedən sürətli inkişaf proseslərinə toxunan dövlətimizin başçısı bu baxımdan son illərdə Bakıya və respublikanın digər regionlarına sərmayə qoyuluşunun artmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev qeyri-neft sektorunda əldə edilən nailiyyətlərin əhəmiyyətini xüsusi vurğuladı.

Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın bu təşkilatın bütün strukturlarında fəal əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edildi, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.