Xəbərlər

İran Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün əməkdaşlığa çağırır
23 aprel, 2013 19:56

 

Xəzər dənizinin hüquqi statusunu müzakirə edən işçi qrupunun 32-ci xüsusi sessiyasında çıxış edən İranın xarici işlər naziri Əli Əkbər Salehi qonşu dövlətləri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məqsədilə əməkdaşlığı möhkəmləndirməyə çağırıb. Bu barədə çərşənbə axşamı İran milli televiziyasının rəsmi saytı - "Iribnews"a istinadən məlumat verir.

İki gün davam edəcək iclasda Qazaxıstan, Rusiya, Türkmənistan və Azərbaycan nümayəndələri iştirak edirlər.

Salehi bəyan edib ki, dənizin həssas ətraf mühiti də birgə səylərlə mühafizə olunmalıdır.

Bütün məsələlərin dialoq yolu ilə həll edilməli olduğunu deyən nazir əlavə edib ki, Xəzər dənizi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan konstruktiv əməkdaşlıq üçün meydandır.

Salehi onu da qeyd edib ki, İran Xəzər dənizində sabitlik və təhlükəsizliyi, həmçinin dənizin ətraf mühitini və resurslarını qorumağa kömək edəcək uzunmüddətli regional səylərə inanır.

Onun sözlərinə görə, Xəzərin problemi əlavə problemlərə yol aça biləcək hər hansı xarici müdaxilə olmadan qonşu dövlətlər arasında həll edilə bilər.

"Xəzəryanı ölkələr arasında keçirilən görüşlər göstərir ki, ölkələr regional əməkdaşlığı inkişaf etdirmək və regionda dostluq münasibətləri üçün ümumi əsas yaratmaq istəyirlər", - Salehi deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.