Xəbərlər

Udanların və uduzanların etirafları
21 aprel, 2013 19:21

 

Premyer Liqanın 27-ci turunda bu gün keçirilən "altılıq" oyunları çempionata əlavə rəng qatıb.
 "Bakı" öz meydanında "Qarabağ"ı qəbul edib. Görüş 1:0 ağdam təmsilçilərinin xeyrinə bitib.

Oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov vacib üç xalı qazandıqlarını bildirib.

"Oyunun gedişində iki məcburi əvəzetməmiz oldu. Əvəzetmələrdən daxil olan oyunçular özünü doğrultdu. Çempionatın gərginliyi daha da artır. Bu cür gözəl stadionda oyunun sürəti də artır", deyə baş məşqçi bildirib.

Qurbanovun sözlərinə görə, oyunda fərqlənmək üçün imkanları çox olub.

"Bəlkə də bizim komandada qələbə qazanmaq istəyi daha çox idi. Yaxşı oynayan komandaya qalib gəldik. Qarşıda kubok oyunumuz var. Bugünkü oyunu unudub növbəti oyunlara hazırlaşmalıyıq. Yaxşı oynadıq, oyuna nəzarət edirdik. Başdan sonadək fərqlənmək üçün çoxlu imkanımız oldu. Heyətdə dəyişikliklər etdik, komandamız qol vurmalı idi", deyə baş məşqçi qeyd edib.

"Bakı"nın baş məşqçisi Bojidar Bandoviç isə mətbuat konfransında deyib ki, komandası yaxşı oyun nümayiş etdirib.

"Yaxşı oynadıq, oyuna nəzarət edirdik. Başdan sonadək fərqlənmək üçün çoxlu imkanımız oldu. Heyətdə dəyişikliklər etdik, komandamız qol vurmalı idi. Üç gündən sonra "Xəzər Lənkəran"la səfərdə vacib kubok oyunları var: "Bu oyuna hazırlaşmalıyıq", deyə "Bakı"nın baş məşqçisi bildirib.

"Neftçi" klubu isə "Qəbələ"ni qəbul edib. "Neftçi" ilk hissədə hesabda geri olsa da (0:1), ikinci hissədə iki qol vurmaqla liderliyini qorumağə bacardı.
"Neftçi"nin məşqçisi Tərlan Əhmədov mətbuat konfransında bildirib ki, oyunun ağır keçəcəyini bilirdilər.

"Kubok oyununun ardından bu görüşü keçirdiyimiz üçün komandada yorğunluq hiss olunurdu", deyə Əhmədov bildirib. O deyib ki, ilk hissədə yaxşı oynamalar da, ikinci hissədə əzmkar oyun ilə qalib gələ biliblər.

"Zədəli oyunçularımız sağalmağa başlayır. Qarşıda "Qarabağ"la kubok oyunumuz var. Bütün fikrimizi bu oyuna yönəldəcəyik". Qeyd edək ki, "Neftçi"nin baş məçqçisi Böyükağa Hacıyev cəzası səbəbindən mətbuat konfransına qatılmayıb.

"Gərgin oyun oldu, komandam sona kimi mübarizə apardı. İlk hissədə hesabda irəlidə idik. İkinci hissədə qarşılıqlı hücumlar oldu. İmkanlarımızdan yararlana bilmədik, məğlub olduq. Fikrimcə, bu oyunda heç-heçə də ola bilərdi", deyə "Qəbələ"nin baş məşqçisi deyib.

Xatırladaq ki, turnir cədvəlində ilk üçlüyü "Neftçi", "Qarabağ" və "İnter" klubları tutur. "Neftçi" 54 xalla birinci, "Qarabağ" 51 xalla ikinci, "İnter" isə 50 xalla üçüncü yeri tutur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.