Həftənin ilk iş günü Azərbaycanda yağıntılı və qeyri-sabit hava şəraiti davam edəcək
21 aprel, 2013 19:17
Həftənin ilk iş günü Azərbaycanda yağıntılı və qeyri-sabit hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentyindən bildiriblər ki, aprelin 22-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə uzunmüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 5-9°, gündüz 11-16° isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 22-də arabir yağıntı olacağı gözlənilir.
Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə sulu qar yağacaq.
Dağlarlda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.