Xəbərlər

Azərbaycan ilə bir sıra ölkələr arasında sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
24 aprel, 2013 19:12

 

Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin Bakıda keçiriləcək ikinci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Banqladeş Xalq Respublikasının əmək və məşğulluq naziri Rajuiddin Ahmed Rajinin, Küveyt Dövlətinin sosial məsələlər və əmək naziri xanım Zikra Ayid Əl-Raşidinin və Kamerun Respublikasının əmək və sosial təminat naziri Qreqori Ouonanın rəhbərlik etdiyi nümayəndə heyətlərini qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşlər zamanı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanda əldə olunan tarixi nailiyyətlər barədə nümayəndə heyətlərinə ətraflı məlumat verən nazir Fizuli Ələkbərov, həmçinin respublikamızda mötəbər beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə əməkdaşlıq şəraitində həyata keçirilən sosial proqramlardan, aktiv sosial müdafiə tədbirlərindən, əmək və məşğulluq sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərdən söz açıb.

Görüşlərdə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən təşkilata üzv ölkələrin bir çox sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığın gücləndirilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib. Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransı bu ölkələrdə inkişaf və tərəqqinin təmin olunması, o cümlədən sosial rifah naminə fəal siyasətin hazırlanıb həyata keçirilməsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsində mühüm önəm kəsb edir.

Eyni zamanda, İslam ölkələrinin əmək nazirləri tərəfindən konfransda imzalanması nəzərdə tutulan sənədlərin konkret əməkdaşlıq istiqamətlərinin müəyyən olunmasında, qarşılıqlı təcrübə və məlumat mübadilələrinin aparılmasında əhəmiyyətli rol oynayacağı vurğulanıb.

Görüşlərdə, eyni zamanda, qeyd olunan ölkələrlə Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.