Xəbərlər

Latviya prezidentləri Bakıya niyə gəlir?
24 aprel, 2013 19:07

 

Hazırda Latviyanın indiki prezidenti ilə yanaşı, bir sabiq prezidenti də Bakıdadır. Üç gündən sonra isə Azərbaycan paytaxtına Latviyanın daha bir sabiq prezidenti gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Azərbaycanda səfərdədir. Vayra Vike-Freyberqa mayın 6-8-də Bakıda keçiriləcək beynəlxalq Cənubi Qafqaz Forumunun təşkilat komitəsinin həmsədridir. Səfərin məqsədi də məhz tədbirə hazırlıq və forumda iştirakla bağlıdır.

Aprelin 27-də isə Latviyanın digər sabiq prezidenti - Vayra Vike-Freyberqadan sonra ölkəyə rəhbərlik etmiş (2007-2011) Valdis Zatlers Azərbaycana gələcək. Valdis Zatlersin də səfərinin əsas məqsədi Cənubi Qafqaz Forumunda iştirak etməkdir.

Qeyd edək ki, Cənubi Qafqaz Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda sabiq dövlət və hökumət başçıları ilə yanaşı, bəzi ölkələrin hazırkı prezidenti və baş nazirləri, eyni zamanda, dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssis, nüfuzlu elm və mədəniyyət xadimi iştirak edəcək.

Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Mədəniyyəti Fondu, Nobel Oil şirkəti və Qlobal Liderlər Şurasıdır.

Xatırladaq ki, Latviyanın indiki prezidenti Andris Berzinş də hazırda Bakıda səfərdədir. Rəsmi xarakter daşıyan səfər iki gün davam edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.