Xəbərlər

Gələn aydan Azərbaycanda dövlət dilinin pozulması hallarını araşdırmaq üçün monitorinqlərə başlanacaq
24 aprel, 2013 19:00

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, may ayından ölkədə dövlət dilinin normalarının pozulması hallarını araşdırmaq üçün genişmiqyaslı monitorinqlərə başlayacaq. Bunu Dilçilik İnstitutunun direktoru əvəzi Fəxrəddin Veysəlli çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, monitorinqlər əvvəlcə televiziya və radio verilişlərində aparılacaq. Bunun üçün verilişlər lentə yazılaraq köçürüləcək, daha sonra təhlil ediləcək. Yekun rəy verilişlərin rəhbərləri və aparıcıları ilə birgə müzakirə olunacaq.

Veysəlli deyib ki, monitorinqin aparılması üçün monitorinq qrupu yaradılacaq. Artıq monitorinqin aparılması üçün bir sıra avadanlıqlar - diktofonlar, kameralar alınıb. Monitorinqin nəticələri tövsiyə xarakterli olacaq. Monitorinq nəticəsində dil qaydalarını pozmayan işçilərə sertifikatlar veriləcək.

Veysəllinin sözlərinə görə, Azərbaycan danışıq dilinin tənzimlənməsi ilə bağlı vahid normativ sənəd hazırlanacaq və Milli Məclisə təqdim olunacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.