Braziliyada futbol üzrə 2014-cü il Dünya çempionatının rəsmi musiqi aləti təqdim edilib
24 aprel, 2013 18:56
Braziliya prezidenti Dilma Rusef Braziliyada futbol üzrə 2014-cü il Dünya çempionatının rəsmi musiqi aləti "kaşirola"nı təqdim edib. Bu barədə çərşənbə günü Braziliya KİV-i xəbər yayıb.
"Mən inanıram ki, "kaşirola" yalnız futbolun simvolu olmayacaq, həmçinin bizim ölkənin "vuvezela"dan fərqli olaraq daha gözəl musiqi aləti yaratmaq qabiliyyətini əks etdirəcək. Musiqi təhsili olmayan mənim üçün "kaşirola" əsl surpriz olub. Bu alət məni təəccübləndirdi: son dərəcə gözəl, sadə, lakonik, özündə bütün Braziliyanı əks etdirir", - Braziliya prezidenti bildirib.