Bakıda idman dırmanması üzrə Dünya kuboku keçiriləcək
24 aprel, 2013 18:52
Bu ilin iyun ayının 22-23-də Bakıda idman dırmanması üzrə Dünya kuboku yarışları keçiriləcək.
Bu barədə Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSС) Avropa Komissiyasının Prezidenti Volfgang Vebel bildirib.
Onun sözlərinə görə, bu, idman dırmanması üzrə bütün regionda keçiriləcək ilk belə böyük turnir olacaq.
Vebelin fikrincə, bu turnir həm də 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında bu idman növü üzrə yarışlar üçün bir hazırlıq olacaq.