Xəbərlər

Beynəlxalq İdman Dırmanması Federasiyasının Avropa Komissiyasının Prezidenti Bakıda işgüzar səfərdədir
24 aprel, 2013 18:45

Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSС) Avropa Komissiyasının Prezidenti Volfgang Vebel aprelin 23-də Bakıya işgüzar səfərə gəlib.

İFSС-nin Avropa Komissiyasının Prezidenti Vebelin gəlişinin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasıdır.

Səfər zamanı İFSC-nin Avropa Komissiyasının Prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirəcək, eyni zamanda, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klublarının fəalları ilə görüşəcək.

Qeyd edək ki, qonaq ilk təəssüratında İFSC-nin fəaliyyəti, planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnun olduğunu bildirib. Həmçinin o, FAİREX-in 2010-cu ilin əvvəlindən İFSС-yə üzv olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSС-nin diqqətini cəlb etdiyini bildirib.
Eyni zamanda, səfər çərçivəsində Vebel Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş "Climbaku" İdman Dırmanması Mərkəzi və Federasiyanın idman qurğuları ilə tanış olacaq.

Xatırladaq ki, bu səfər, eyni zamanda iyun ayında Bakıda keçiriləcək idman dırmanması üzrə dünya kuboku yarışlarına hazırlıq məqsədi daşıyır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.