Xəbərlər

Dövlət Fondu: Böyük Vətən müharibəsinin iştirakçılarına edilən yardımlar postsovet məkanında ən yüksək ödəmələrdir
24 aprel, 2013 18:39

 

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar postsovet məkanında ən yüksək ödəmələrdir.  Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Böyük Vətən Müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.

Bu il müharibə iştirakçılarına ayrılan ödəmələrin miqdarı 700 manata, ikinci kateqoriyaların iştirakçılarına (həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə) 300 manat müəyyən edilib.

Müslümov qeyd edib ki, ötən il müharibə iştirakçılarının sayı 2710, ikinci kateqoriyaya aid olan şəxslərin sayı 26 min olub. Bu ilin mart ayında olan məlumatlara görə, onalrın sayı müvafiq olaraq 2300 və 23,5 min nəfər olub.

"Birdəfəlik ödəmələrin həyata keçirilməsi üçün faktiki olaraq 8,7 milyon manat vəsait lazımdır. Lakin bu istiqamətdə mümkün əlavə müraciətləri nəzərə alaraq, bu məqsədlə 10 milyon manat vəsait ayrılıb. İlin sonuna kimi ödənilməyən vəsaitlər Maliyyə Nazirliyinin Mərkəzi Xəzinə Hesabına qaytarılacaq", - Müslümov bildirib.

Onun sözlərinə görə, ayrılan vəsaitlər bu gün və ya sabah mərkəzi hesabdan fonda köçürülsə, onda DSMF bir həftə sonra ödəmələrə başlaya bilər. Bu prosesin 9 may - Faşizm üzərində Qələbə Gününə qədər yekunlaşdırılması planlaşdırılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.