Xəbərlər

Akif Əlizadə: Dövlətin diqqətinə adekvat olaraq alimlər əməklərini səfərbər etməlidirlər
24 aprel, 2013 18:34

2013-cü ildə Azərbaycanda dövlət büdcəsindən elm sahəsinə 130 milyon manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Bunu AMEA-nın ötən ilki fəaliyyətinə həsr edilən ümumi yığıncağında qurumun prezident əvəzi Akif Əlizadə deyib.

Onun sözlərinə görə, bu göstərici 2009-cu ilə nisbətən 23 faiz coxdur.

Əlizadə bildirib ki, 2013-cu ildə elmə ayrılacaq 130 milyon manat vəsaitin 78 milyon manatı AMEA üçün nəzərdə tutulub. Bu isə ölkədə elmə ayrılan vəsaitin 60 faizi deməkdir.

Dövlətin elmə göstərdiyi diqqətin getdikcə artdığını deyən Əlizadə qeyd edib ki, alimlər də bu diqqətə cavab olaraq, öz əməklərini səfərbər etməli və buna adekvat cavab verməlidirlər.

Əlizadə qeyd edib ki, elmin inkişafı məqsədilə ölkə Prezidentinin sərənçamı ilə Elmin İnkişafı Fondu yaradılaraq fəaliyyətə başlayıb. Bununla yanaşı, Dövlət Neft Şirkətinin Elm İnkişaf Fondu yaradılıb. AMEA-nın regional bölmələrinin də maddi-texniki bazaları gücləndirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.