Elmar Məmmədyarov İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb
24 aprel, 2013 18:29
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə XİN-in çərşənbə günü yaydığı məlumatda bildirilir.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq bildirilmiş və bu səfərin ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi vurğulanıb.
Görüş zamanı Yaxın Şərq regionunda gedən proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.