Azərbaycanın "Qarant Sığorta" şirkəti kapitalını 25 faiz artırır
20 aprel, 2013 21:46
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qarant Siğorta" ASC-nin hər birinin nominal dəyəri 1250 manat olan 4000 ədəd adi sənədsiz adlı səhmini qeydiyyata alıb. Bu barədə şənbə günü QKDK-nın yaydığı məlumatda deyilir.
Səhmlər "Qarant Siğorta"nın qeydiyyat nömrəsi AZ1001008486 və hər birinin nominal dəyəri 1000 manat olan 4000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.
Beləliklə, şirkətin nizamnamə kapitalı demək olar ki, bir milyon manatadək artaraq dörd milyondan beş milyon manata çatacaq.