Xəbərlər

Avropalı gənc alimlərin I Beynəlxalq Bakı Forumu keçiriləcək
20 aprel, 2013 21:42

 

Bakıda "Avropa məkanında çağırışlar: Avropalı gənc alimlərin I Beynəlxalq Bakı Forumu" keçiriləcək.

Azərbaycan Gənclər və İdman Nazirliyindən  verilən məlumata görə, mayın 20-25-də baş tutacaq forum Gənclər və İdman Nazirliyinin, Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı və EURODOC - Avropa Gənc Alimlər Şurasının təşkilati dəstəyi ilə keçirilir.

Forumun keçirilməsində əsas məqsəd Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, Avropanın gənc alimləri, elmi tədqiqatçıları arasında şəbəkənin genişləndirilməsi və Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, forum çərçivəsində tədbirin rəsmi açılış mərasimi, "Kəsişən maraqlar: Avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri əsasları - yanaşmalar, nəticələr" mövzusunda plenar sessiya, eləcə də iqtisadiyyat və sosiologiya, texniki elmlər, tibb, biologiya və kimya, Yer elmləri və ekologiya, tarix, fəlsəfə, mədəniyyət mövzularını əhatə edən paralel sessiyalar keçiriləcək.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.