İTV-nin baş direktoru vəzifəsinə elan edilən müsabiqəyə sənəd qəbulu başa çatıb
19 aprel, 2013 22:35
Milli Televiziya və Radio Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə elan edilən müsabiqəyə sənəd qəbulu başa çatıb.
Aprelin 4-dən başlayan sənəd qəbulu bu gün başa çatıb.
İTV-nin hazırkı baş direktoru İsmayıl Ömərovun müsabiqəyə sənəd vermədiyi bildirilir.
Müsabiqəyə sənəd verən namizədlərin adları hələlik açıqlanmır.