İlham Əliyev Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb
19 aprel, 2013 22:30
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.