Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edib
19 aprel, 2013 22:26
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edib.
FHN-in rəsmi saytına istinadən xəbər verir ki, aprelin 19-da Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt Regional Mərkəzində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin qəbulunu keçirib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 70-dən çox vətəndaşın müraciətlərinin bir hissəsi elə yerindəcə öz həllini tapıb.
Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.