Xəbərlər

"Paşa Həyat Sığorta" ASC-nin yığımlarının yarıdan çoxu könüllü sığortanın payına düşüb
19 aprel, 2013 22:17

 

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "Paşa Həyat Sığorta" ASC 2013-cü ilin birinci rübü üzrə sığorta fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bu ilin birinci rübünün yekunu olaraq, "Paşa Həyat" 8,352 mln. manat sığorta haqqı ilə şirkətlər sırasında ilk üçlüyə daxil olub.

Şirkətin bu ilin birinci rübündə topladığı yığımlar ötən ilin analoji dövrü ilə müqayisədə 7 dəfə və ya 3,677 mln. manat çox olub. Göstərilən dövrdə şirkətin məcmu yığımlarında icbari sığortanın payı 45%-ə, könüllü sığorta növlərinin payı isə 55%-ə çatıb. Bu isə "Paşa Həyat"ın könüllü həyat sığortası növlərinin inkişafına daha çox üstünlük verməsi deməkdir.

Portfel, əsasən, həyatın yaşam sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, kredit götürən şəxslərin həyat sığortası və kritik xəstəliklərdən sığorta növləri üzrə daxil olan sığorta haqlarından formalaşıb.

Bundan başqa, bu ilin birinci rübündə şirkət tərəfindən sığorta riskləri üzrə 0,148 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün ödənişindən təxminən 53% çox olub. Ödənişlərdə 0,142 mln. manat istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünə, 0,006 mln. manat isə könüllü həyat sığortası növlərinin payına düşüb.

Bazar üzrə məcmu ödənişlərdə şirkətin xüsusi çəkisi isə 0,6% təşkil edib.

Qeyd edək ki, "Paşa Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.