Xəbərlər

Aprelin 18-19-da İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası nəzdində diaspor məsələləri üzrə Təmas qrupunun ilk toplantısı keçirilib.
19 aprel, 2013 22:13

 

Aprelin 18-19-da İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası nəzdində diaspor məsələləri üzrə Təmas qrupunun ilk toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, iclasa Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı sədrlik edib. Toplantıda Azərbaycan tərəfini Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" layihəsi geniş müzakirə olunub. Layihə ilə bağlı Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin təklifləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bütün tərəflərin rəy və təklifləri dinlənildikdən sonra layihəyə müvafiq əlavə və dəyişikliklər edilib. Təmas qrupunun üzvləri sənəd layihəsinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor məsələlərinə cavabdeh dövlət qurumları rəhbərlərinin toplantısında təsdiq olunmağa hazır olduğunu bildiriblər.

Daha sonra müvafiq məsləhətləşmələr əsasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məslələrinə cavabdeh dövlət qurumları rəhbərlərinin görüşünün may ayının 14-də Ankara şəhərində keçirilməsi qərara alınıb. Bu görüşdə "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" layihəsi dörd ölkənin müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq olunacaq.

Toplantı zamanı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının I forumu ilə bağlı müzakirələr aparılıb. İştirakçı ölkələlərin təmsilçiləri forumun 2013-cü il iyun ayının 21-də Bakı şəhərində keçirilməsi barədə Azərbaycan tərəfinin təklifini dəstəklədiklərini bildiriblər. Qərara alınıb ki, forumda iştirak edəcək ölkələr müəyyən vaxt ərzində kvotaya uyğun olaraq foruma qatılacaq nümayəndələrin siyahısını Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına təqdim etsinlər.

Təmas qrupunun iclasında Şuraya üzv ölkələrin diaspor təşkilatlarının I forumunun gündəliyi, müzakirəyə çıxarılacaq məsələlər, birgə əməkdaşlığın mümkün istiqamətləri ilə bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.