Xəbərlər

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini-futbol turniri keçiriləcək
18 aprel, 2013 22:11

 

Aprelin 20-də "AtaBank" ASC-nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini-futbol turniri start götürəcək.

Holdinqdən  verilən məlumata görə, yarışda müxtəlif adlarda "AtaHolding" Şirkətlər Qrupuna daxil olan şirkətlərin futbol komandaları mübarizə aparacaqlar.

Püşkatma mərasimində "AtaBank" ASC İdarə Heyətinin sədr müavini Etibar Babaşlı turnirin əhəmiyyətindən danışaraq, ulu öndərin idmana olan diqqət və qayğısını ön plana çəkib: "Bu yarış ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Ulu öndərimiz idmana həmişə qayğı və dəstək göstərib. Onun ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Azərbaycan dünyada bütün sahələrlə yanaşı, idmanda da böyük nailiyyətlər əldə edib. Ümummilli lider Heydər Əliyev həmişə idmançıların dostu olub və indi də bu yolu cənab İlham Əliyev uğurla davam etdirir. Məhz cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra müstəqil Azərbaycan idmanı intibah dövrünə qədəm qoyub. Artıq bütün dünya təmsilçilərimizi ciddi rəqib sayır və onlarla ayaqlaşır. İnanıram ki, bizim keçirdiyimiz turnir uğurla başa çatacaq. Arzu edirəm ki, güclü qalib gəlsin".

Püşkatmanın nəticəsi aşağıdakı kimidir:

A qrupu

"RENCONS"
"Bank VTB"
"Embarqo"
MXD

B qrupu

"Synergetic"
"AtaHolding"
"First United"
"AtaCard"

C qrupu

"FC Cybernet"
"Excelsior Hotel"
"Buta"
"No Name"

D qrupu

"Gobustone"
"AtaTexnologiya"
"Red Defils"
"Sumqayıt"

1/4 final

A1 - B2
B1 - A2
C1 - D2
D1 - C2

1/2 final

A1-B2 cütünün qalibi - C1-D2 cütünün qalibi
B1-A2 cütünün qalibi - D1-C2 cütünün qalibi

Üçüncü yer uğrunda

Yarımfinalların məğlubları

FİNAL

Yarımfinalların qalibləri

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.