Xəbərlər

Azərbaycanda ilk dəfə süni yolla kürü yetişdirilib
16 aprel, 2013 21:54

 

Azərbaycanda Xıllı Nərə Balıqartırma zavodunda ilk dəfə olaraq süni yolla kürü yetişdirilib. Əməliyyat cərrahiyyə üsulu ilə aparıldığından balıqlar sağ qalıb və gələcəkdə onlardan yeni kürü alınmasında istifadə olunacaq.

 Zavodda yetişdirilən törədici döllük səviyyəsinə çatdırılmış 7-8 yaşlı 2 dişi nərə balığından süni yolla 250 min ədədə yaxın kürü alınıb. Süni yolla alınmış kürülər eyni üsulla yetişdirilmiş 2 erkək nərə balığının mayası ilə mayalandırılaraq inkubasiya aparatlarına yerləşdirilib və bundan 200 mindən çox sürfə alınacağı gözlənilir.

Zavodun direktoru Zaur Salmanov bildirib ki, kürülərin alınması cərrahiyyə üsulu ilə həyata keçirilib: "Bu il bizdə əlamətdar hadisə baş verib. Belə ki, təmiz törədici fondu təşkil edən balıqlardan Azərbaycanda ilk dəfə olaraq süni yolla kürü almışıq. Bu məsələdə ikinci əlamətdar hal odur ki, aldığımız kürünü törədiciləri öldürmədən, yəni onları cərrahiyyə əməliyyatı edərək əldə etmişik. Həmin törədici balıqlar hazırda sağ-salamat zavodda saxlanılır".

Təbiətdə nərə balıqlarının sayının xeyli azalması süni balıqartırma zavodlarında döllük balıqların tədarük edilməsində çətinliklərin yaranmasına səbəb olur. Ona görə də süni yolla nərə kürüsünün alınmasına başlanılması mühüm əhəmiyyət kəsb edir. Hazırda zavodda 4 minə yaxın 1-9 yaş arası süni yolla alınmış törədici döllük nərə balıqları bəslənilir.

Qeyd edək ki, dünyada nərə balıq ehtiyatlarının 80%-i Xəzər dənizindədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.