Xəbərlər

İlham Əliyev İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədrini qəbul edib
16 aprel, 2013 21:50

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alienin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında münasibətlərin ikitərəfli formatda uğurla inkişaf etdiyini bildirdi, əlaqələrimizin siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirildiyini vurğuladı. Son vaxtlar siyasi əlaqələrimizin daha da intensivləşdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə daim qarşılıqlı dəstək verdiklərini deyən dövlətimizin başçısı bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alienin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alie ölkələrimiz arasında əlaqələrin təhsil, turizm, ticarət, tikinti və digər sahələrdə genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi, münaqişənin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu dedi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.