Xəbərlər

Baş nazir: Türkiyədə aztəminatlı əsgər analarına təqaüd veriləcək
16 aprel, 2013 21:32

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı aztəminatlı əsgər analarına aylıq təqaüd veriləcəyini bildirib. Bu barədə Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

"1942-ci ildə Türkiyədə oğlu hərbi xidmətlə olan aztəminatlı ailələrə yardım edilməsi haqqında qanun qəbul edilmişdi. Lakin təəssüf olsun ki, bu qanun tətbiq edilmirdi", - Ərdoğan deyib.

O, qeyd edib ki, oğlu hərbi xidmətdə olan aztəminatlı analara hər ay 250 türk lirəsi veriləcək, bununla yanaşı, yerli bələdiyyələr də yardım kampaniyalarına cəlb ediləcək.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 2013-cü ilə olan rəsmi açıqlamasına görə, orduda şəxsi heyətin sayı 678 617 nəfərdir. Bunlardan 347-si general və admiraldır. Quru, dəniz və hava qüvvələrində 313, jandarmeriyada 33, Sahil Təhlükəsizlik Komandanlığında isə 1 general xidmət edir.

Quru, dəniz və hava qüvvələri komandanlıqlarında çalışanların 48 077 nəfəri, Jandarm Komandanlığında şəxsi heyətin 3587 nəfəri, Sahil Təhlükəsizlik Komandanlığı əməkdaşlarının isə 860 nəfəri mülki məmur və işçidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.