Xəbərlər

Elmar Məmmədyarov: Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aktivliyinin artırılması vacibdir
15 aprel, 2013 22:52

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana nəzərdə tutulmuş səfəri və ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzanmasının regionda davamlı sülh və sabitliyin bərqərar olmasına əsas əngəl olduğunu vurğulayıb və münaqişənin həlli üçün əsas məsələ olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Xarici işlər naziri Ermənistan siyasi rəhbərliyinin danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu bildirərək, ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd edib.

Ermənistan tərəfinin Xocalı aeroportunun işə salınacağı ilə bağlı bəyanatlarına toxunan Elmar Məmmədyarov bildirib ki, belə bir addım Çikaqo Konvensiyasının kobud surətdə pozulması demək olardı və bütün beynəlxalq qanunvericilik Azərbaycanın bu məsələdə mövqeyinin haqlı olduğunu əks etdirir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.