Xəbərlər

Azərbaycanla İsveç arasında neft-kimya sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub
12 aprel, 2013 22:38

 

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonla görüş keçirilib.

Birlikdən verilən məlumata görə, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qonağa Birliyin istehsalat fəaliyyətinin istiqamətləri, son illərdə kimya müəssisələrində aparılan yeniləşmə və modernləşmə prosesləri, həmçinin perspektiv planlar barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, neft-kimya sənayesində də böyük irəliləyişlər baş verib, infrastruktur yeniləşməsi aparılıb.

Hazırda Sumqayıtda inşa edilməkdə olan Kimya Sənaye Parkı və Karbamid zavodu, o cümlədən "Azərikimya" İB-nin perspektiv inkişaf proqramına daxil olan aşağı təzyiqli polietilen və propilen istehsalatları haqqında məlumat səfir tərəfindən diqqətlə qarşılanıb.

Tərəflər Azərbaycanla İsveç arasında neft-kimya sahəsində potensial əməkdaşlıq imkanları və digər iqtisadi əlaqələr barədə fikir mübadiləsi aparıblar.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.