Xəbərlər

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə bayram şənlikləri keçiriləcək
12 aprel, 2013 22:36

 

Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ildə bu günün daha geniş və əlamətdar şəkildə qeyd edilməsi məqsədilə aprelin 18-də təntənəli bayram tədbirlərinin təşkili nəzərdə tutulub. Tədbirlər çərçivəsində "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğu ərazisindəki tikililərin və abadlaşdırılmış məbədətrafı ərazilərlə ictimaiyyətin tanışlığı həyata keçiriləcək.

Həmçinin, ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs mükafatı"nın 2013-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi də keçiriləcək.

Rəsmi və bədii hissədən ibarət olacaq tədbirdə ölkəmizin dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusların, elm ictimaiyyətinin və xarici dövlətlərdən dəvət edilmiş çoxsaylı qonaqların iştirakı gözlənilir.

Tədbirin bədii hissəsi "xalq gəzintisi" formatında təşkil ediləcək, qonaqlara və ictimaiyyət nümayəndələrinə geniş konsert proqramı və meydan tamaşaları təqdim ediləcək, tədbirin sonunda atəşfəşanlıq təşkil ediləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.