Xəbərlər

2035-ci ilədək Abşeronda 80-dən çox su anbarı tikiləcək
12 aprel, 2013 22:31

 

2035-ci ilədək Abşeron yarımadasında tutumu 1,345 milyon kubmetr olan 80-dən çox su anbarının tikintisi planlaşdırılır.  Bu barədə cümə günü "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda keçirilən I Xəzər Beynəlxalq su texnologiyaları forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, su anbarlarının tikintisi "Böyük Bakı"nın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə Master Planda nəzərdə tutulub.

Bundan başqa, Master Plan 5779 kilometr uzunluğunda su şəbəkəsi, 682 kanalizasiya kollektoru, 6395 kilometr uzunluğunda tunel tipli kanalizasiya kollektoru, həmçinin ümumi məhsuldarlığı sutkada 1,375 milyon kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisini nəzərdə tutur.

Həmçinin, yağış sularının toplanması üçün 970 kilometr uzunluğunda xətlərin, 900 yağış kollektorunun, 12 tunel tipli yağış kollektorunun çəkilməsi planlaşdırılır.

"Bundan başqa, hazırda içməli və çirkab suların tərkibinin daha dəqiq tədqiqi məqsədilə yeni Mərkəzi Laboratoriya binası tikilir. Burada quraşdırılacaq ən müasir cihazların köməyi ilə Avropa İttifaqı ölkələrinin və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun analizlər aparılacaq. Yeni laboratoriyanın beynəlxalq akkreditasiyaya təqdim edilməsini də planlaşdırırıq", - Hüseynov deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.