Xəbərlər

Azərbaycan və Macarıstanın su operatorları arasında saziş imzalanıb
10 aprel, 2013 22:33

 

Bu gün "Azərsu" ASC ilə Macarıstanın "Budapeşt Sukanal" SC (Waterworks of Budapest Plc. şirkəti) arasında əməkdaşlığa dair saziş imzalanıb.

ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, imzalanma mərasimində çıxış edən "Azərsu" sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Hüseynov sistemlərin dünya standartları səviyyəsində qurulması məqsədi ilə layihələrin icrasında ən yeni texnologiyalardan istifadə edildiyini, su təchizatı və kanalizasiya infrastrukturlarının müasir metodlarla idarə edilməsinə üstünlük verildiyini qeyd edib.

"Hesab edirəm ki, bu sahədə böyük təcrübəsi olan Macarıstanın "Budapeşt Sukanal" Səhmdar Cəmiyyəti ilə əməkdaşlığımızın geniş perspektivləri var. Su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihələrinin əhatə dairəsi daha da genişlənəcək və bu sahədə sizinlə əməkdaşlığı davam etdirəcəyik. Bu əməkdaşlıq çərçivəsində bir müddət əvvəl "Azərsu" ASC-nin mütəxəssisləri Macarıstana ezam edilmiş və "Budapeşt Sukanal" SC-nin fəaliyyəti ilə yaxından tanış olmuşdular".

"Budapeşt Sukanal"ın baş direktoru Csaba Haranghy Azərbaycanda infrastruktur sistemlərinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini qeyd edib, içməli su təchizatı və kanalizasiya sektorunda yeni layihələrin icrasını yüksək dəyərləndirib: "Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılıb. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsinə əsaslanaraq əməkdaşlığın geniş perspektivləri olduğunu demək mümkündür. Bizim idarəetmə sistemlərinin yaradılması, müasir tipli su anbarlarının tikintisi səhəsində böyük təcrübəmiz var".

Sazişi "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov və "Budapeşt Sukanal" SC-nin baş direktoru Csaba Haranghy imzalayıb.

Qeyd edək ki, Macarıstanın "Waterworks of Budapest Plc." şirkəti 11-13 aprel 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisinin iştirakçısıdır.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.