Xəbərlər

Azərbaycanla Tacikistan arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub
09 aprel, 2013 22:33

 

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun bu ölkənin Baş nazirinin müavini Murodali Alimardonla görüşüb. Görüşdə Azərbaycanla Tacikistan arasında ikitərəfli iqtisadi əlaqələr, xüsusilə, kənd təsərrüfatı sahəsində münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi müzakirə olunub.

Səfirlikdən  verilən məlumata görə, görüş zamanı Azərbaycan sahibkarlarının Tacikistan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyulmasına cəlb edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Səfir Tacikistanda Azərbaycan istehsalı olan məhsulların ticarət sərgisinin keçirilməsinin planlaşdırıldığı haqqında məlumat verib.

Alimardon, öz növbəsində, Tacikistan tərəfinin Azərbaycan məhsullarından ibarət ticarət sərgisinin keçirilməsinə hazır olduğunu bildirib.

Həsənov Baş naziri səfirliyin planlaşdırdığı mədəniyyət tədbirləri, xüsusilə, bu ilin may ayında Düşənbə şəhərindəki opera və balet teatrında "Leyli və Məcnun" operasının səhnələşdirilməsi barədə məlumatlandırıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.