Xəbərlər

Qara Qarayev V Beynəlxalq Musiqi Festivalı keçiriləcək
09 aprel, 2013 22:24

 

14-19 aprel 2013-cü il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev V Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək.

 nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, festival günlərində Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi və Muzey Mərkəzi də daxil olmaqla nazirliyin bir çox müəssisələrində Stas Malışev (Rusiya), Marianna Vısotskaya (Rusiya), Aleksandr Lyubimov (Rusiya), İvan Sokolov(Rusiya), Vlodimir Runçak (Ukrayna), Marsel Vorms (Hollandiya), "Accroche Note" ansamblı (Fransa), "Asko Schönberg" ansamblı (Hollandiya), "Avatara" Rəqs Qrupu (Almaniya/İspaniya), "Questa Musica" kamera xoru kimi məşhur solistlərin və ansamblların iştirakı ilə konsertlər, habelə Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən müasir musiqi problemlərinə həsr olunmuş elmi simpozium təşkil olunacaq.

Bundan əlavə, aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevə həsr olunmuş foto və kitab sərgiləri keçirəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.