Xəbərlər

Sınaq və qəbul imtahanlarında iştirak etmək istəyən məhdud fiziki imkanlı abituriyentlərin qeydiyyat prosdeduru asanlaşıb
09 aprel, 2013 22:22

 

Əvvəlki illərdən fərqli olaraq, bu il məhdud fiziki imkanlı abituriyentlər sınaq və qəbul imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya Sənəd Qəbulu komissiyalarına şəxsən müraciət etmədən də qeydiyyatdan keçə bilərlər.

Komissiyadan çərşənbə axşamı  verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi, cari ildə də sınaq və qəbul imtahanlarında iştirak etmək istəyən məhdud fiziki imkanlı insanlar üçün imtahan zamanı zəruri şərait yaradılacaq. Bunun üçün xüsusi kateqoriyaya aid olan bu insanlar müvafiq təsdiqedici sənədləri TQDK-ya və ya Sənəd Qəbulu komissiyalarına təqdim etməli və qeydiyyatdan keçməlidirlər.

Əvvəlki illərdən fərqli olaraq məhdud fiziki imkanlı insanlar TQDK-ya və ya Sənəd Qəbulu komissiyalarına şəxsən müraciət etmədən də qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatın aparılması üçün TQDK-nın internet saytında xüsusi səhifə (tqdk.gov.az/mfii) açılıb.

İştirak edəcəyi imtahanların növündən və sayından asılı olmayaraq bu şəxslərin cəmi bir dəfə qeydiyyatdan keçmələri kifayətdir. Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsini və Pin kodunu, tələb olunan digər məlumatları elektron formanın müvafiq sahələrinə daxil etmək və məhdud fiziki imkan faktını təsdiq edən sənədin scan edilmiş surətini (jpeg faylını) elektron formaya qoşmaq lazımdır.

Qeydiyyatdan keçmiş şəxslər imtahana gələn zaman digər tələb olunan sənədlərlə yanaşı əlilliyi təsdiq edən sənədin əslini də mütləq özləri ilə gətirməlidirlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.