Xəbərlər

"Neftçi" AFFA-ya 35 min manata yaxın cərimə ödəyəcək
09 aprel, 2013 22:16

 

 Aprelin 6-da Premyer Liqanın XXV turunun "Neftçi" - "Qarabağ" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Oyunun 21, 25-ci dəqiqələrində "Qarabağ" klubu, 16, 42 və 72-ci dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr, fişənglərin istifadəsinə və meydançaya atılmasına görə hər iki klub 2000 manat cərimə olunub. Oyunun 44-cü dəqiqəsində "Neftçi" klubunun 5 №-li futbolçusu İqor Mitreski sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub. Oyunun fasiləsi zamanı "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayev meydançada hakimlərə qarşı aqressiv jestlərə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Mətbuat konfransında "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev AFFA və PFL əməkdaşları haqqında qeyri-etik ifadələr işlətdiyinə görə 10 oyunluq cəzalanır, klub 20 000 manat cərimə olunub. Matç zamanı və matçdan sonra stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi "Neftçi" klubu 5000 manat cərimə olunub.

Hər iki klubun azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün "Bakcell Arena" stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq klublara təqdim edəcəyi hesab əsasında ödəmə ediləcək.

Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılacaq və İntizam Komitəsinə məlumat veriləcək.

Aprelin 7-də Premyer Liqanın XXV turunun "Rəvan" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.