Xəbərlər

Azərbaycanın Əmək Nazirliyinin Dünya Əlillər Birliyinə üzv seçilməsi məsələsi müzakirə olunub
09 aprel, 2013 22:15

 

Aprelin 6-7-də İstanbulda Dünya Əlillər Birliyinin növbəti toplantısı keçirilib. Tədbirdə Türkiyənin xarici islər naziri Əhməd Davudoğlu, ailə və sosial siyasət naziri Fatma Sahin, Dunya Əlillər Birliyinin prezidenti Mətin Şənturk və 70 ölkədən nümayəndə iştirak edib.

Tədbirdə Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, şöbənin məsləhətçisi Tural Həsənov, ölkənin əlil ictimai birliklərinin nümayəndələri təmsil ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Dünya Əlillər Birliyinin strukturunun təkmilləşdirilməsinin əsas müzakirə obyekti olduğu toplantıda əsas fəaliyyət istiqamətləri, təşkilata yeni üzvlərin seçilməsi məsələləri ətrafında da fikir mübadilələri aparılıb. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə ölkəmizin tədbirdə təmsil olunan QHT-lərinin də Dünya Əlillər Birliyinə üzv seçilməsi məsələsinə baxılıb.

Tədbirdə əlillərin sosial müdafiəsi, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ölkələrarası təcrübə mübadilələri aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.