Xəbərlər

Vergilər Nazirliyinə daxil olan müraciətlərin sayı artıb
08 aprel, 2013 23:17

 

2013-cü ilin birinci rübündə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 84 868 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 129 469 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən  verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 49 913-ü canlı rejimdə müfəttiş-operatorlar, 34 955-i isə avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (15,4%), elektron xidmətlər (18,6%), qeydiyyat (9,7%), hesabatlar və onların doldurulma qaydaları (17,1%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (6,4%) barədə suallar, avtomatik rejimdə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (67,5%) və dövlət büdcəsinə olan vergi borcları (24,4%) barədə müraciətlər üstünlük təşkil edib.

Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 22,5% artıb. Birinci rüb ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 342 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98,5%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 1,5%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb. Müraciətlərin 75,2%-i Bakı şəhərindən, 10,2%-i mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.