"Atəşgah məbədi" qoruğuna infotur təşkil olunacaq
08 aprel, 2013 23:16
Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətlərindən və media nümayəndələrindən ibarət 50 nəfərlik heyət üçün "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna infotur təşkil olunacaq. Bu barədə nazirlikdən məlumat verilib.
Xatırladaq ki, cari ilin 29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq qoruğunda olmuş, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruqda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşdu.