Xəbərlər

Azərbaycan və Albaniya əməkdaşlığa dair saziş imzalayıblar
08 aprel, 2013 23:13

 

Bu gün Azərbaycanın Baş naziri Artur Rasizadə Albaniyanın Baş naziri Sali Berişanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən  verilən məlumata görə, albaniyalı həmkarı ilə bir il əvvəl keçirdiyi görüşü xatırlayan Baş nazir Artur Rasizadə ötən dövr ərzində ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf tendensiyaları barədə ətraflı məlumat verib. Baş nazir albaniyalı həmkarının Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yüksək qiymətləndirib. Rasizadə bunu ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Forumun yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Sali Berişa Albaniyanın son illər Avropada baş verən iqtisadi böhrandan uğurla çıxdığını, hətta ölkəsinin sərmayələrin qoyuluşunda davamlılığı təmin edə bildiyini də vurğulayıb. Qeyd edilib ki, iqtisadiyyatın inkişafında yüksəliş əldə etmək üçün bir çox sahələrdə güzəştlər edilib, xüsusilə istehsal üçün ölkəyə gətirilən xammal vergidən azad olunub. Həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan məhsullar vergidən azad olunub.

Sonda Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında əməkdaşlığa dair saziş imzalanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.