İdman dırmanması üzrə respublika çempionatı başa çatıb
08 aprel, 2013 17:57
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının yeniyetmə və gənclər arasında idman dırmanması üzrə keçirdiyi "Ümid" Respublika çempionatı sona çatıb.
Federasiyadan verilən məlumata görə, çempionat 5-7 aprel tarixlərində "ClimBaku" idman dırmanması mərkəzində təşkil olunub.
Qeyd edək ki, çempionatın boulderinq üzrə I mərhələsi 5 aprel, çətinlik üzrə II mərhələsi 6 aprel, sürət üzrə III mərhələsi isə 7 aprel tarixlərində keçirilib.
Çempionatın final mərhələsində qaliblərə sertifikatlar təqdim olunub.