Xəbərlər

Ramin Musayev: "Neftçi" - "Qarabağ" oyununda penalti var idi
08 aprel, 2013 17:11

 

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev hesab edir ki, Premyer Liqanın 25-ci turunda baş tutan "Neftçi" - "Qarabağ" oyununda son günlər qalmaqala səbəb olan epizodda penalti var idi.

"AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla müzakirələrimiz oldu. O, həmin epizodda penaltinin olduğunu təsdiqlədi", - bunu bazar ertəsi  Musayev deyib.

Qeyd edək ki, şənbə günü keçirilən "Neftçi"- "Qarabağ" oyunu 1:2 hesabı ilə Ağdam təmsilçilərinin xeyrinə bitib. Almeyda 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. İkinci qol isə 68-ci dəqiqədə yenə Almeydadan gəlib. "Neftçi"nin hücumçusu Kanales 88-ci dəqiqədə təsəlli qolunu vura bilib.

Oyunun birinci hissəsindən sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyunu idarə edən baş hakim Rəhim Həsənova etirazını bildirib. Oyundan sonra keçirilən mətbuat konfransında Hacıyev deyib ki, hakim onlara qarşı haqsız oldu. Qapıya təyin olunan penalti düzgün deyildi.

Musayev deyib ki, futbolda qalmaqalın yaranması təbiidir.

"Futbolda qalmaqal olmalıdır. Futbolda qalmaqal olmasa, maraq olmaz, qalmaqalın olması yaxşıdır, bəlkə bundan sonra azarkeşlər futbola gələrlər, canlı görərlər", - Musayev vurğulayıb.

"Neftçi" - "Qarabağ" oyununda nədənsə PFL-in rəhbərliyi ittiham edilir. Bu nədən qaynaqlanır" sualını isə Musayev "boş verin getsin" deyərək cavablandırıb.

Xatırladaq ki, Böyükağa Hacıyev oyundan sonra keçirdiyi mətbuat konfransında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi də ittiham edib.

"Ramin Musayevin "Qarabağ"a simpatiyası var. Belə olmaz axı. Biz də Azərbaycan klubuyuq. Yad ölkədən gəlməmişik", - Hacıyev bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.