Xəbərlər

ARDNŞ və "Statoil" "Zəfər və "Məşəl" perspektiv strukturları üzrə anlaşma memorandumu imzalayıblar
08 aprel, 2013 16:40

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Norveçin "Statoil" şirkəti arasında bazar ertəsi Bakıda Xəzərin Azərbaycan sektorundakı "Zəfər" və "Məşəl" perspektiv strukturları üzrə anlaşma memorandumu imzalanıb.

Memorandumu ARDNŞ prezidenti Rövnəq Abdullayev və "Statoil" şirkətinin baş icraçı direktoru Helqe Lund imzalayıblar.

Sənəd imzalanmasından sonra bir il ərzində danışıqların aparılmasını, əsas kommersiya prinsiplərinin və müqavilənin işlənməsi və bağlanması üzrə şərtlərin razılaşdırılmasını nəzərdə tutur.

Abdullayevin sözlərinə görə, "Statoil" artıq 20 ildən artıqdır ki, Azərbaycanda iri neft-qaz layihələrinin iştirakçısıdır və əməkdaşlığın yeni istiqamətləri iki şirkət arasında qarşılıqlı münasibətləri daha da genişləndirəcək.

Lund imzalanma mərasimində qeyd edib ki, son illər ərzində "Statoil" Braziliya və Tanzaniyada iş təcrübəsi əldə edib və hazırda şirkət ARDNŞ ilə bu təcrübəni bölüşməyə, həmçinin ARDNŞ-nin təcrübəsindən istifadə etməyə hazırdır.

Qeyd edək ki, "Zəfər" və "Məşəl" dəniz perspektiv strukturlarının işlənməsinə dair birinci müqavilə 1999-cu ilin aprelində ABŞ-ın "ExxonMobil" şirkəti və ARDNŞ arasında imzalanmışdı. Layihədə iştirak payının 50 faizi ARDNŞ-yə, 30 faizi isə "ExxonMobil"a məxsusdur. 2000-ci ildə qalan 20 faiz isə ABŞ-ın "Conoco Philips" şirkətinə təhvil verilib.

Layihəyə investisiyaların həcmi təqribən 2 milyard dollar, proqnozlaşdırılan neft ehtiyatları isə 140 milyon ton qiymətləndirilib. Bu həcmdən 100 milyon ton "Zəfər"in, 40 milyon ton isə "Məşəl"in payına düşüb.

Müqavilə kommersiya cəhətdən cəlbedici olmayan karbohidrogen həcmlərinin aşkarlanması səbəbindən dayandırılmışdı.

ARDNŞ geoloqlarının hesablamalarına görə, bu strukturlarda ehtiyatlar 300 milyard kubmetr qaz və 37 milyon ton kondensat həcmində qiymətləndirilir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.