Marqaret Tetçer vəfat etdi
08 aprel, 2013 16:58
Böyük Britaniyanın "dəmir ledi" ləqəbli sabiq Baş naziri Marqaret Tetçer vəfat edib. Bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Tetçer bazar ertəsi səhər saatlarında 87 yaşında dünyasını dəyişib.
"Mark və Kerol Tetçerlər böyük hüznlə bəyan ediblər ki, anaları səhər saatlarında ürək tutmasından vəfat edib", - sabiq Baş nazirin nümayəndəsi Lord Bell deyib.