Xəbərlər

Romada “Azərbaycanda qadınların rolu” adlı seminar keçirilib
06 aprel, 2013 21:50

 

İtaliyanın aparıcı tədqiqat qurumlarından biri olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Romanın Qrand Otel Plaza mehmanxanasının konfrans zalında cümə axşamı "Azərbaycanda qadınların rolu" adlı seminar keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyində  verilən məlumata görə, tədbiri BMİ-nin direktor müavini Natali Toççi açıb.

Daha sonra BMİ-nin tədqiqatçısı Nona Mikelidze, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova, London Universitetinin Şərq və Afrika Tədqiqatları Fakültəsinin elmi işçisi Farideh Heyat və İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo çıxış ediblər.

Tədbir zamanı qadınların Azərbaycan tarixində rolu, ölkəmizin müstəqillik əldə etdiyi illər ərzində qadınların hüquqlarının qorunması sahəsində aparılmış islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün və qaçqın düşmüş qadınların hüquqlarının bərpası və qorunması, ailə və qadın məsələləri sahəsində əldə olunmuş nailiyyətlər, mövcud problemlər barədə məlumat verilmiş və onların aradan qaldırılması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılmış və mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb.

Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak etmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.