Xəbərlər

Yunanıstan şirkəti Azərbaycana daimi aviareyslərin həyata keçirilməsi imkanına baxır
05 aprel, 2013 21:14

 

Yunanıstanın "Aegean Airlines" aviaşirkəti payız-qış mövsümündə Afina-Bakı-Afina aviareyslərinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.  Bunu cümə günü Yunanıstan-Azərbaycan Ticarət Sənaye Palatasının prezidenti Corc Papadopulos aviareysin təqdimatında deyib.

Onun sözlərinə görə, "Aegean Airlines" aviaşirkəti mayın 28-dən oktyabrın 29-dək Afinadan Bakıya birbaşa reysin həyata keçirilməsinə başlayır.

Bakıdan ilk reysin yola salınması mayın 29-da baş tutacaq. Hava əlaqəsi həftədə iki dəfə - çərşənbə və cümə günləri həyata keçiriləcək.

"Həmçinin, bu reysin qışda da həyata keçirilməsi imkanları mövcuddur", - Papadopulos qeyd edib.

Yunanıstanın Azərbaycandakı səfirliyinin konsulu Mariya Katsanevaki bildirib ki, səfirlik turistlərin Yunanıstana səfər edə bilmələri üçün hər cür şərait yaradacaq.

"Vizaların əldə edilməsi inzibati zərurətdir, buna baxmayaraq, Yunanıstan tərəfi Azərbaycan turistlərinə hər cür kömək göstərəcək", - Katsanevaki qeyd edib.

Azərbaycan turistləri Yunanıstana səfər etməklə KİV-in Avropadakı uzunmüddətli böhranın təsiri səbəbindən ölkədə yaranmış ağır iqtisadi vəziyyətlə bağlı yaydıqları məlumatın həqiqəti tam əks etdirmədiyinin şahidi ola bilərlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.