Xəbərlər

"Azərikimya"nın Mərkəzi laboratoriyasında kompüter sistemli müasir xromotoqraflar quraşdırılıb
05 aprel, 2013 21:12

 

"Azərikimya"nın Mərkəzi laboratoriyasında kompüter sistemli müasir xromotoqraflar quraşdırılıb.

"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsal edilən kimyəvi məhsulların, o cümlədən xam­mal kimi istifadə olunan ilkin emal benzininin, quru qazın və s. möv­cud texniki standartlar səviyyəsində alınmasında ilkin kimyəvi analizlərin dəqiqliyinin əhəmiyyəti nəzərə alınaraq, bu günlərdə Mərkəzi laboratoriyada Rusiya istehsalı olan, inno­vativ texnologiyalara əsas­lanaraq yaradılmış kompüter sistemli analiz aparatları (xromo­toqraflar) quraşdırılıb və məhsulların fiziki-kimyəvi analizlərinin daha müasir sistemlər əsasında aparılmasına başlanılıb.

İB-dən verilən məlumata görə, 20 ildən artıq idi istismarda olaraq, mənəvi və fiziki cə­hətdən köhnələrək günün tələblərinə cavab verməyən analiz avadanlıqları və cihazlarının əvəzində indi 5 yeni kom­püter-xromotoqraf kompleksi quraşdırılıb ki, onların vasitəsilə innovativ texnologiyalar əsasında etilenin, propilenin, butilen-butadien fraksiyasının, maye piroliz qatranının, mütləq izopropil spirtinin və digər kimyəvi məhsul­ların tam və dəqiq fiziki-kimyəvi analizləri apa­rılır.

Yeni texnologiyalı kompüter-xromotoqraflar əvvəllər texniki təchizatı zəif olan Mərkəzi laboratoriyada aparılması mümkün olmayan, digər müəs­sisələrdə yerinə yetirilən kimyəvi analizlərin də indi bilava­sitə burada həyata keçirilməsinə imkan yaradıb.

Əvvəlki ənənəvi analiz metodlarından fərqli olan mütərəqqi texnologiyalar əsa­sında aparılan, xüsusi bilik və hazırlıq tələb edən metodlar üzrə işləməyi bacaran mühən­dis-texniki işçilərin hazırlanması məqsədilə xromotoqrafların istehsal edildiyi "Xromotek" Qapalı Səhmdar Cəmiyyətinin Yoşkar-Ola şəhərindəki Xüsusi konstruktor bürosundan mütəxəssis dəvət edilib və yeni xromotoqraflarda işləyəcək mühəndis və laborantlarla treninqlər keçirilib. İstehsalçı müəssisənin nümayəndəsinin bildirdiyinə görə, "Azəri­kim­ya"da Mərkəzi laboratoriyanın müasir texnologiyalar əsasında yenidən qurulmasına xüsusi diqqət yeti­ril­diyindən ilk elektron tipli xromotoqrafların quraşdırılması və sazlan­ma işləri müəs­sisənin mütəxəssisləri ilə birgə, həm də qısa bir zamanda uğurla başa çatdırıl­ıb.

Hazırda zavodun mütəxəssisləri və laborantları lazımi analiz əməliy­yatlarını sərbəst şəkildə və tam dəqiqliklə yerinə yetirirlər.

İstehsalatda və bütün köməkçi sahələrdə elmin son nailiyyətləri olan mütərəqqi texno­logiyalar əsasında yeniləşmə və müasirləşmə prosesinin davamı olaraq Mərkəzi labora­toriya üçün daha bir neçə komplekt yeni xromotoqrafın alınaraq istifadəyə verilməsi nəzər­də tutulub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.