Xəbərlər

Azərbaycan və Türkiyə tarixçiləri ermənilərin həyata keçirdikləri soyqırımların tarixini araşdıracaqlar
05 aprel, 2013 21:03

 

Azərbaycan və Türkiyə tarixçiləri uydurma "erməni soyqırımı"nın, Şimali və Cənubi Azərbaycan, Şərqi Anadolu torpaqlarında ermənilərin həyata keçirdikləri soyqırımların tarixinin araşdırılmasında elmi əməkdaşlıq edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutundan verilən məlumata görə, aprelin 5-də AMEA Tarix İnstitutu ilə Türkiyə Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi arasında elmi əməkdaşlıq protokolu imzalanıb.

Protokolu Azərbaycandan AMEA Tarix İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov, Türkiyədən Atatürk Araşdırma Mərkəzinin direktoru prof., Dr. Mehmet Ali Beyhan imzalayıb.

Protokolda ortaq tarixi və mədəni mirasımıza aid hər il ən az bir elmi toplantının keçirilməsi; uydurma "erməni soyqırımı"nın, Şimali və Cənubi Azərbaycan, Şərqi Anadolu torpaqlarında ermənilərin həyata keçirdikləri soyqırımların tarixinin araşdırılmasında elmi əməkdaşlıq edilməsi; xarici ölkələrin arxivlərindən toplanılan arxiv sənədləri əsasında ortaq elmi nəşrlərin yazılması; bəhs edilən nəşrlərin dünya dillərinə çevrilərək məsələnin dünyanın aparıcı ölkələrinin parlamentlərinə göndərilməsində əməkdaşlıq; hər iki ölkə arasında qarşılıqlı surətdə arxiv sənədlərinin mübadiləsi; tarixi türk dövlətləri, abidələri, şəxsiyyətləri, elm adamları haqqında birgə araşdırmaların aparılması nəzərdə tutulur.

Birgə aparılan araşdırmaların nəticəsi olaraq ortaq türk tarixinin yazılması üçün hazırlıq işləri görüləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.