Bakıya içməli su fasilələrlə veriləcək
05 aprel, 2013 20:58
"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yay aylarında Bakı şəhəri və onun qəsəbələrinin, həmçinin Abşeron rayonu və Sumqayıt şəhərinin dayanıqlı su təchizatının aparılması üçün magistral kəmərlərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr dəyişdirilir, nasosxanaların istismar vəziyyətinə nəzarət olunur.