Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev CEİBC-nin sədri seçilib
05 aprel, 2013 20:55

 

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEİBC) fəxri prezident və klubun prezidenti vəzifələri ləğv edilmişdir. Onların əvəzinə sədr, sədrin müavini, idarə heyətinin üzvləri və klubun baş icraçı direktoru vəzifələri müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev CEİBC-nin sədri seçilmişdir.

Bu barədə CEİBC-nin keçmiş prezidenti və baş icraçı direktoru Telman Əliyev sənaye və energetika naziri Natiq Əliyevin CEİBC-yə üzv şirkətlərin nümayəndələri ilə görüşü zamanı məlumat vermişdir.

T.Əliyev demişdir ki, klubun sədri beynəlxalq arenada, regionda, ən əsası isə Azərbaycanda böyük nüfuza malik olan, şirkət və müəssisələrin problemlərinin həllinə kömək və dəstək göstərə bilən şəxs olmalıdır.

T.Əliyev onların təklifini qəbul etdiyi üçün CEİBC-nin üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirmiş və bu gündən Prezident İlham Əliyevin CEİBC-nin sədri olduğunu vurğulamışdır.

Əvvəllər klubun prezidenti və baş icraçı direktoru vəzifələrini icra edən T.Əliyev CEİBC-nin baş icraçı direktoru seçilmişdir. Sədrin müavini vəzifəsinə hələlik heç kim təyin olunmamışdır. Əbülfəz Hacıyev, Natalya Əliyeva (Susel) klub idarə heyətinin üzvü seçilmişlər. Kristofor Mott Xidmət Klubunun prezidenti, Ergün Məmmədov Turizm Klubunun prezidenti təyin olunmuşlar.

T.Əliyev qeyd etmişdir ki, bu dəyişikliklər CEİBC-nin fəaliyyətinin beynəlxalq korporativ idarəetmə standartlarına uyğunlaşdırılması ilə əlaqədar olaraq apreldə həyata keçirilmişdir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.